16 İyul 2017 10:01
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində yanğın baş verib, nəticədə 22 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə Çinin Ciangsu əyalətində baş verib. Xarici media qeyd edir ki, yanğın zaman 22 nəfər ölüb.

Çinin Mərkəzi Televiziyasının xəbərinə görə, Çangsu şəhərinin Yusam qəsəbəsində ikimərtəbəli binada səhər saatlarında yanğın baş verib.

Yanğını tam söndürən səlahiyyətlilər yaralıların təcili xəstəxanaya aparıldığını qeyd ediblər.

Hazırda yanğının baş vermə səbəbini müəyyən etmək üçün istintaq başlayıb.


Müəllif: Cavad