16 İyul 10:16

Mosul şəhəri İŞİD-dən geri alındıqdan sonra İraq polisi şəhərdə ciddi fəaliyyətə başlayıb.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, Mosulun qərb hissəsində polis İŞİD-ə yaxınlığı iddia edilən 246 nəfəri həbs edib.

İraq Daxili İşlər Nazirliyinin rəsmisi İyad Fəth Aseli faktı təsdiqləyib. O, bildirib ki, həbs edilən 2456 nəfərin bir hissəsi İŞİD-in şəhərdə qazdığı tunellərdən çıxarılıb. Bəziləri aclıq və susuzluq səbəbindən təslim olub. Bəziləri də yaralı olub. Aralarında İŞİD rəhbərliyində təmsil olunan şəxslərdə var. Onlarla bağlı istintaq aparılacaq”.

İraq ordusu isə hazırda Mosulun Qədim Kənd ərazisində minalardan təmizləmə prosesi həyata keçirir.


Müəllif: Cavad