16 İyul 10:47

Sosial şəbəkədə Rusiya Daxili İşlər Nazirliyinin Yol Hərəkətinin Təhlükəsizliyi Dövlət İnspeksiyasının (rusca QİBDD, keçmiş QAİ) özbaşnalığını əks etdirən video yayılıb.

Teleqraf.com xəbər verir ki, video Saxa Respublikasının Vilyuysk şəhərində çəkilib. Videodan görünür ki, tibbi müayinədən keçmək istəməyən sürücü polis əməkdaşları tərəfindən zorakılığa məruz qalır.

Saxa Respublikası İstintaq Komitəsindən verilən məlumatda bu barədə araşdırma aparıldığı bildirilir.

Teleqraf.com sözügedən videonu təqdim edir.


Müəllif: Səxavət