16 İyul 2017 11:32
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Sistan və Belucistan əyalətində Pakistanla sərhəddə İran İslam İnqilabı Keşikçiləri Korpusu (İRGC) ilə terrorçu qruplaşma arasında silahlı toqquşma olub.

Trend-in "IRGC"-yə istinadən verdiyi məlumata görə, terrorçu qruplaşma Pakistan ərazisindən İranın sərhədini atəşə tutub və nəticədə 2 nəfər həlak olub.

Məlumata əsasən, İran tərəfinin açdığı cavab atəşi nəticəsində 1 terrorçu öldürülüb 2-si isə yaralanıb.


Müəllif: Teleqraf.com