16 İyul 2017 16:46
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-İraq sərhədində fəaliyyət göstərən Habur Sərhəd Keçid Məntəqəsi bağlanıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu gecə saat 03:00-dan etibarən məntəqədə pasport sistemində qəfildən qüsur meydana gəlib, sistem işləməyib. Bu səbəbdən də məntəqənin fəaliyyəti dayandırılıb. Nəticədə Türkiyə və İraq sərhədində ağlagəlməz insan növbəsi yaranıb.

Problemin nə zaman həll ediləcəyi haqda dəqiq informasiya yoxdur. Dəhşətli istidə sərhəddə gözləyən insanlar problemin dərhal həll edilməsini tələb edib.


Müəllif: Cavad