16 İyul 17:32

İsrail hüquq mühafizə orqanları 3 gündür ki, qapısını dindarlara və turistlərə bağladığı Məscid-i Əqsanın qapılarına metal detektorlar quraşdırıb.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, İsrail polisi tərəfindən qapadılan Hərəm-i Şərifin bu saatlarda ziyarətçilərin üzünə açılacaq. Lakin hüquq-mühafizə orqanları təhlükəsizlik risklərini nəzərə alaraq binanın qapılarına axtarış detektorları quraşdırıb.

İsrail baş naziri Benyamin Netanyahunun ofisindən verilən açıqlamada qeyd edilib ki, baş nazir vəziyyəti qiymətləndirmək üçün təhlükəsizlik, daxili kəşfiyyat xidməti və Qüds polis rəisi ilə müzakirələr aparıb. Bu müzakirələrdən sonra qərara alınıb ki, Hərəm-i Şərif bu gün günorta saatlarından etibarən mərhələli şəkildə müsəlmanlar və ziyarətçilər üçün açılsın.

Açıqlamada sözügedən məscidin qapısına dəmir detektorların qoyulmasının daha çox təhlükəsizlik məsələləri ilə bağlı olduğu qeyd edilib, habelə ərazini müşahidə etmək məqsədilə video-kameraların yerləşdiyi bildirilib.


Müəllif: Cavad