16 İyul 2017 16:31
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejiminə aid qırıcılar atəşkəs bölgəsi elan edilən Zemelka və Hezenə təşkil etdiyi hava hücumu zamanı dördü uşaq olmaqla yeddi nəfər öldürülüb.

Teleqraf.com Anadolu Agentliyinə istinadla xəbər verir ki, Dəməşqin şərqi Guta bölgəsindəki Mülkü Müdafiə Mərkəzinin səlahiyyətlisi Məhəmməd Ethem agentliyin müxbirinə deyib ki, rejimə aid qırıcılar müxalifətin nəzarətində olan Zemelka və Hezen ərazilərini bombalayıb. Hava hücumu zamanı Zemelkada 3 uşaq, Hezendə isə biri uşaq olmaqla beş nəfərin ölümünə səbəb olub. Eyni zamanda çoxlu sayda insan yaralanıb.

Həmçinin müxalifətin idarəçiliyi altında olan İdlib vilayətində olan mülkü müdafiə mənsubu Əli El Meri deyib ki, El-Mecd Xəstəxanası yaxınlığında bomba partladılıb, nəticədə iki qadın və 3 körpə uşaq yaralanıb.


Müəllif: Cavad