16 İyul 23:58

Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviç İŞİD terror qruplaşmasına qoşulan ölkə vətəndaşlarının sayını açıqlayıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, nazir 49 Serbiya vətəndaşının Suriya və İraqda İŞİD-in tərkibində vuruşduğunu bildirib.

Stefanoviç əlavə edib ki, onların əksəriyyəti ölsə də sağ qalanlar da var: "Sağ qalanlar ölkəyə dönərlərsə, burada xoşagəlməz hərəkətlərə yol verə bilərlər. Ona görə də biz digər ölkələrin təhlükəsizlik qurumları ilə informasiya mübadiləsini gücləndirməliyik".


Müəllif: Teleqraf.com