17 İyul 00:13
134

Altı ərəb ölkəsinin FİFA-nı DÇ-2022-ni Qətərdə keçirməməyə çağırması xəbəri saxta çıxıb.

Bu barədə İsveçrənin “The Local” nəşrinin təsisçisi Ceyms Sevec bildirib.

“Saytımızda belə bir xəbər yayımlanmayıb. Araşdırmalarımız xəbərin “The Local"-a oxşar saxta saytda yerləşdirildiyini üzə çıxarıb”, C.Sevec qeyd edib.

Bu gün Reuters agentliyi “The Local”-a istinadən xəbər verib ki, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Mavritaniya və Liviya FİFA-ya məktub göndərərək DÇ-2022-ni Qətərdə keçirməməyə çağırıb. “Terrorçuların bazası olan Qətər azarkeşlərin təhlükəsizliyini təmin edə bilməz”, məktubda vurğulanıb.

Öz növbəsində, FİFA-dan bildiriblər ki, qurumun ünvanına adıçəkilən məzmunda məktub daxil olmayıb.
\APA\


Müəllif: Teleqraf.com