17 İyul 16:41

Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın müsadirə etdiyi rus diplomatların mülklərinin qaytarması ilə bağlı səslənən fikirlərə sərt reaksiya verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ağ Evin adı açıqlanmayan mənbəsinin məlumatına Lavrov bu sözlərlə cavab verib:

"ABŞ təmsilçisi mülkləri nəyinsə qarşılığında qaytaracaqlarını deyib. Bu gündüz vaxtı soyğunçuluqdur. Mənbənin adını gizlətməsi vicdanının təmiz olmaması anlamına gəlir. Belə şey ola bilməz".


Müəllif: Samir