17 İyul 17:50

Cənubi Koreya, keçirdiyi raket sınaqları ilə dünya ictimaiyyəti tərəfindən kəskin etirazlara səbəb olan Pxenyan rəhbərliyinə danışıqlar masasına əyləşməyi təklif edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, əgər görüş baş tutarsa, bu, 2015-ci ildən bəri ilk yüksək səviyyəli danışıqlar olacaq.

Məlumatlara görə, danışıqlar möhkəmləndirilmiş Koreya sərhədlərində hərbi gərginliyi artıran bütün düşmənçilik fəaliyyətini dayandırmaq məqsədi daşıyır.

Cənubi Koreya Prezidenti Mun Cein uzun müddətdir ki Şimalla daha yaxın münasibətlər qurmaq niyyətini bəyan edib. O, Pxenyan ilə danışıqların olduqca çətin keçəcəyini bildirib.

Mun Cein danışıqların iyulun 21-də keçirilməsini istəyir.


Müəllif: Samir