17 İyul 22:23
176

Türkiyənin Samsun şəhərinin Canik qəsəbəsində dondurma sexində partlayış olub.

Teleqraf.com DHA-ya istinadən xəbər verir ki, partlayışa səbəb qaz balonunun partlaması olub.

Yanğınla müşaiyyət olunan partlayış nəticəsində 11 nəfər yaralanıb.

Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com