18 İyul 2017 01:39
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəşmirin Rajouri bölgəsində Hindistan və Pakistan hərbçiləri arasında toqquşma olub.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Hindistanın Müdafiə Nazirliyinin sözçüsü Maniş Mehta verib.

Onun sözlərinə görə, qarşıdurma zamanı Pakistan tərəfi hava toplarından istifadə edib. Nəticədə bir nəfər dünyasını dəyişib.

Pakistanı 2003-cü ildə əldə olunan atəşkəs razılaşmasını pozmaqda ittiham edən Mehta mülki şəxslər arasında ölən və yaralananların olduğunu bildirib.

Pakistan ordusunun səlahiyyətlisi, general Zahir Şemset isə qeyd edib ki, atəşkəsi öncə Hindistan tərəfi pozub. Onların Pakistan hərbçilərinin başınını atəşə tutublar və nəticədə 4 hərbçi dünyasını dəyişib.

Tərəflər atəşkəs rejiminə dərhal əməl olunmasına dair bəyanatlar versələr də, tərəflərdən heç biri silahı yerə qoymaq fikrində deyil.

Hindistan və Pakistan arasında müsəlmanları çoxluq təşkil etdiyi Kəşmir problemi 1947-ci ildən bəri yaşanır.

Kəşmir müsəlmanları 1989-cu ildən sonra milli azadlıq uğurunda mübarizə aparırlar. Ən pis halda isə Pakistana birləşmək arzusundadırlar. Kəşmir uğurunda gedən döyüşlərdə 70 min nəfər dünyasını dəyişib.


Müəllif: Ruslan