19 İyul 2017 08:29
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada itkin düşmüş şəxs kimi axtarışda olan 16 yaşlı Linda V. Mosulda tapılıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, İraq ordusu Mosulda təmizləmə əməliyyatı zamanı dağılmış binanın küncündə gənc qıza rast gəliblər.

O, bir neçə il öncə Frankfurtdan Türkiyəyə, oradan isə İraqa geçib. Mosulda qadınlardan ibarət polis dəstəsində xidmət edib.

Linda V. Almaniyada adını dəyişərək Məryəm edib. O, hələ Berlində olarkən sosial şəbəkələrdə hicablı fotolarını paylaşıb.


Müəllif: Ruslan