19 İyul 2017 22:53
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp senatorları "Obamacare" - mövcud tibbi yardım sistemi haqqında qanunvericiliyə əlavə və dəyişikliklər edilmədən məzuniyyətə çıxmamağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Tramp hələ seçkidən öncə sabiq prezident Barak Obama tərəfindən təşəbbüsü irəli sürülən "Obamacare" səhiyyə sistemini ləğv etdirəcəyini bildirmişdi.

Barak Obamanın hakimiyyəti dövründə həyata keçirilən səhiyyə islahatı tibbi sığortası olmayan aztəminatlı amerikalıların dövlətin subsidiyaları hesabına sığortalanmasını nəzərdə tutur.


Müəllif: Ruslan