20 İyul 2017 15:52
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həmasın siyasi qanadının rəhbəri İsmayil Haniyə İsrailin Məscidi-Əqsada həyata keçirdiyi tədbirlərə qarşı ərəb müsəlmanlarına fövqəladə iclas keçirilməsini təklif edib.

Teleqraf.com xəbər verir ki, İsmayıl Hamiyə ərəb müsəlmanlarına cümə günü ümumi səfərbər olmasını istəyib:

“Bütün müsəlmanları, müqəddəsliyi və mövqeyi həqiqətən təhlükəyə məruz qalan Məscidi-Əqsa üçün təcili hərəkətə keçməyə dəvət edirəm. Ərəb və müsəlman ölkələrini də bir zirvə görüşü keçirməyə səsləyirəm”.

Qeyd edək ki, İsrail polisi iyulun 14-də Məscidi-Əqsaya silahlı hücum olduğunu iddia edib, 3 fələstinli öldürüb. Sonra məscidin qapıları bağlanıb. Hətta Qüds polisi məsciddə namaz qılmağa icazə verilmədiyini bəyan edib. Sonradan Netanyahu hökuməti məscidin qapılarını müsəlmanlara və ziyarətçilərə açıb. Lakin təhlükəsizliyi təmin etmək üçün məscidin qapılarına video kameralar və xüsusi cihazlar quraşdırılıb.


Müəllif: Cavad