20 İyul 2017 11:21
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın İqtisadiyyat naziri Bruno Le Maire İngiltərənin Avropa Birliyinə (AB) borclarını ödəməli olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, nazir borc məsələsinin Londonun üzvlükdən çıxışı ilə bağlı müzakirələr zamanı gündəmə gətirilmədiyini qeyd edib:

“Biz pulumuzu istəyirik. İngiltərə AB-yə olan borcunu ödəməlidir”.

Nazir əlavə edib ki, İngiltərənin AB-yə üzvlüyü ilə əlaqədar məsuliyyətdən irəli gələn borcu 100 milyard avro ətrafındadır.


Müəllif: Cavad