21 İyul 2014 15:06
672

Twitter iOS və Android tətbiqlərində köklü bir dəyişikliyə hazırlaşır.

Dəyişikliklərə əsasən mesaj xidməti mobil tətbiqlərdə bütün xüsusiyyətləriylə istifadə edilə biləcək.

Hazırda mobil telefonlarda məhdud imkanlarla mesajlaşmağa imkan verən Twitter istifadəçilərinə yenilikləri barədə elan edib. Şirkətin rəsmi hesabından edilən şərhdə, bir neçə həftə içində SMS xüsusiyyətinin daha tutarlı hala gətiriləcəyi ifadə edilib.


Gələcək yeniləmə ilə birlikdə mobil tətbiqdə və veb interfeysdə mesajlar eyni vaxtlı olaraq silinəbiləcək. Eyni zamanda bu dəyişikliklər nəticəsində mobil telefonlarda Twitter mesajlarının arxivini tam görmək mümkün olacaq.

Şirkət bu yeniliklə WhatsApp kimi tətbiqlərlə yarışacağı siqnalını verir./anspress/


Müəllif: