21 İyul 2017 15:50
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər bölgədəki böhranı həll etmək üçün tərəflərlə danışıqlara başlamağa hazırdır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Qətərin Xarici İşlər naziri Məhəmməd ibn Əbdülrəhman əl Tani deyib.

Pekinə səfəri zamanı çinli həmkarı Yanq İ ilə görüşən əl Tani bildirib ki, danışıqlar Qətərin suverenliyi, daxili işlərə qarışmamaq və beynəlxalq hüquq çərçivəsində aparılmalıdır.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, BƏƏ, Misir, Liviya, Yəmən, Maldiv, Mavritaniya, Cibuti, Seneqal və Kamar adaları terrorçuluğa dəstək verdiyi ittihamı ilə Qətərlə diplomatik əlaqələri kəsib.


Müəllif: Samir