21 İyul 2017 17:57
1 061
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Petro Poroşenko ilə Belarus Prezidenti Aleksandr Lukaşenkonun görüşü zamanı daha bir gözlənilməz hadisə baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Lukaşenkonun çıxışı zamanı Ukrayna Sərhəd Xidmətinin rəhbəri, general-mayor Viktor Nazarenko huşunu itirib.

Hadisədən sonra görüş bir müddət dayanıb və Poroşenko Nazarenkonun yanına gəlib, onun vəziyyəti ilə maraqlanıb.

Həmin görüntüləri təqdim edirik:


Müəllif: Samir