22 İyul 2017 20:05
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Komissiyasının genişləndirmə üzrə komissarı Yohannes Xan qurumun Birliyinin qaçqınlar mövzusunda Türkiyədən daha az asılı olduğunu bəyan edib.

Teleqraf.com xəbər verir ki, komissar “Spigel” jurnalına verdiyi müsahibədə bu məsələ ilə bağlı bir sıra məqamlara toxunub.

O deyib ki, Suriyada vətəndaş müharibəsi səbəbindən Türkiyəyə üzərindən AB ölkələrinə qaçqın axını olub:

“Lakin 2015-ci illə müqayisədə Avropa Birliyi daha tədbirlidir. Həmin il qaçqınların çoxu nəzarət edilmədən birlik ölkələrinə daxil olub. İndi 2 il əvvəl olduğu kimi axın yaranmayacaq. Son 2 ildə Balkan marşrutunun bağlanması, Egey dənizində nizamın yaranması və Türkiyədəki suriyalı qaçqınların dəstəklənməsi kimi tədbirlər həyata keçirilib. Odur ki, Avropa Birliyi özünün şantaja məruz qalmasına izn verməyəcək”.

Qeyd edək ki, hazırda Türkiyədə 3 milyona yaxın suriyalı qaçqın var. Qaçqınlar böhranının ən kritik dönəmi olan 2015-ci ildə Türkiyə üzərindən Avropa Birliyi ölkələrinə 1 milyondan çox insan axın edib.


Müəllif: Cavad