22 İyul 2017 19:33
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın ABŞ-dakı səfirliyində səfir Sergey Kislyakın ölkəyə qayıtması ilə bağlı tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, mərasim dostlar və həmkarlar üçün təşkil olunub. Kislyak ABŞ-da yaşayan həmvətənləri ilə vidalaşıb.

Qeyd edək ki, S.Kislyak Mordaviya Respublikasından Rusiya Federasiya Şurasına üzv seçilib.

S.Kislyak Rusiyanın ABŞ-dakı səfiri vəzifəsinə 2008-ci ildə təyin olunub. 2017-ci ilin əvvəlində o, bir sıra siyasi qalmaqalların mərkəzi fiquru olub. Bunun nəticəsində Donald Trampın müşaviri Maykl Flinn istefa verib.


Müəllif: Səxavət