22 İyul 2017 16:45
1 307
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir paytaxtının cinayət məhkəməsi ölkənin baş prokuroru Hişam Bərəkətin qətlə yetirilməsi üzrə cinayət işində ittiham olunan 28 nəfəri dar ağacından asılma yolu ilə edam cəzasına məhkum edib.

Teleqraf.com xəbər verir ki, qətlin təşkilində və cinayətdə bilavasitə iştirak etməkdə ittiham olunan 67 nəfərdən 16-sı hazırda axtarışdadır. Onların böyük əksəriyyəti ölkədə qadağan edilən və terror təşkilatları sırasına salınan “Müsəlman qardaşları” hərəkatına mənsubdur. Misir ərazisində digər terror aktları törətmək məqsədilə HAMAS təşkilatı ilə əməkdaşlıq işi də ittihamlar arasında yer alır.

Xatırladaq ki, Misirin baş prokuroru 2015-ci il iyunun 22-də Qahirədə qətlə yetirilib. Dayanacaqda saxlanılan maşında yerləşdirilən partladıcı qurğu onun avtomobilinin keçdiyi an işə salınıb. Hişam Bərəkət ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun üzərində bir neçə cərrahiyyə əməliyyatı aparan həkimlər prokurorun həyatını xilas edə bilməyiblər.


Müəllif: Teleqraf.com