23 İyul 2017 15:24
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 4-də Londonda terror aktı törədən terrorçu Quram Şazad Batt gizlincə dəfn edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Deyli Mirror" qəzeti məlumat yayıb.

Bildirilib ki, Pakistan əsilli Batt şəhər kənarında naməlum yerdə basdırılıb. Onun məzarının yeri ailəsi və yaxınlarından da gizlin saxlanılır.

Qeyd edək ki, terror aktı zamanı 6 nəfər həlak olub, onlarla insan yaralanıb. Polis terrorçuları güllələyib.


Müəllif: Samir