24 Aprel 2014 15:10
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyində (AYB) “Müasir Azərbaycan və Türkiyə ədəbiyyatında erməni məsələsi” mövzusunda elmi konfrans keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun çıxış edib. O, deyib ki, erməni diasporası və lobbiçilik fəaliyyəti nəticəsində 24 aprel türk tarixinə qarşı təhdidlər olub.

Səfir vurğulayıb ki, ermənilər bunu diaspora və xaricdən aldığı dəstək hesabına həyata keçirir: “Erməni diasporasının bu məsələ ilə bağlı təzyiq və fəaliyyəti açıq şəkildə göz qabağındadır. Ancaq hüquqi və siyasi anlamda bu cür addımlar doğru və ədalətli deyil. Biz burada tarixin təhrif olunmasının şahidi oluruq. Ermənilərin bu cür addımlarının 2015-ci ilədək daha da artacağına şübhə etmirik. Ancaq ortada bir həqiqət var. Cənab baş nazirimizin ötən gün bununla bağlı verdiyi açıqlama da o dövrdə yaşanan ortaq acılarla bağlı idi. Biz öz tariximizə baxarkən ermənilər kimi anlayışsızcasına deyil, humanist bir davranışla qarşı tərəfi dinləməyə hazırıq. Ancaq hörmətlə dinlənməyi də gözləyirik. Ustadımızın da dediyi kimi, bu yerlərdən nə azərbaycanlılar, nə də ermənilər getməyəcəksə, o zaman bu ortaq acıları bir kənara buraxaraq deyil, normal formada müzakirə apararaq ortaq gələcəyə doğru irəliləməyin yolunu tapmaq məcburiyyətindəyik. Bu isə döyülməklə deyil, xoş münasibət qurmaqdan yaranacaq bir gələcəkdir”.

A.Coşkun bildirib ki, bu baxımdan əsl tariximiz güc mənbəyimizdir: “Çünki ustadların da vurğuladığı kimi, nə siyasi həyatımızda, nə də ədəbiyyatımızda qarşı tərəfə nifrət hissləri yoxdur”.


Müəllif: