24 İyul 2017 15:32
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələri Bakı-Supsa neft kəmərinin bir hissəsini ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı "Rezonansı" qəzeti məlumat yayıb.

Məlumatlara görə, hazırda bu ərazi rus qoşunlarının nəzarətindədir.

İnformasiya Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən təsdiqlənib:

"Rus ordusu Orçosani meşəsindən Karapila meşəsi və Tortla çayına qədər olan ərazini nəzarətə götürüb. Bu addım borderizasiya adlandırılan qanunsuz prosesin davam etdirilməsidir. Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanın bu addımını təxribat adlandırıb və beynəlxalq tərəfdaşları ilə birlikdə bunun qarşısını almağa çalışacağını bəyan edib".


Müəllif: Samir