24 İyul 2017 19:54
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya polisi ABŞ prezidenti Donald Trampın maskası ilə xeyli oğurluqlar edən iki nəfəri saxlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 26 və 30 yaşlı qardaşlar Pemont vilayətində ələ keçiblər.

Məlumatlara görə, qardaşlar ümumilikdə oğurluqdan 100 min avro qazanıblar.

Oğruların hansı səbəbdən Tramp maskası taxdığı açıqlanmır. Faktla bağlı araşdırmalar davam edir.


Müəllif: Samir