24 İyul 2017 21:33
718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin mübahisəli Parasel adalarının ən böyüyü olan Vudidə müasir kinoteatr açıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Sanşa şəhərində tikilən Sanşa Yinlonq kinoteatrının açılışında 200 yerli sakin və əsgərlər "Cau Yulunun Əbədiyyəti" (The Eternity of Jiao Yulu) adlı filmi izləyibıər.

"Xinhua" agentliyinin məlumatına görə, kinoteatr hər gün ən azı bir film nümayiş etdirəcək.

Vyetnam və Tayvan da Parasel adalarının yerləşdiyi ərazinin sahibləri olduqlarını iddia edirlər. Lakin 1974-cü ildə Cənubi Vyetnamla qısa müharibədən sonra Çin ərazini öz nəzarəti altında götürüb.


Müəllif: Teleqraf.com