25 İyul 2017 08:17
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail ordusu bu ölkənin 3 vətəndaşını qətlə yetirən fələstinlinin evinin dağıdlmasına qərar verib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu fələstinlinin yaşadığı Xobar kəndini mühasirəyə alıb və evdə axtarış aparıb. Eyni zamanda, fələstinlinin qardaşı həbs olunub.

Qeyd edək ki, iyulun 21-də İordan çayının sağ sahilindən olan fələstinli israillilərin yaşadığı Neve-Tsuf qəsəbəsində üç nəfərə bıçaqla ölümcül yaralar yetirib. Daha bir nəfər ağır yaralanıb.


Müəllif: Teleqraf.com