25 İyul 2017 18:38
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda qəribə durum yaranıb.

Teleqraf.com xəbər verir ki, Hindistanın Madyan Pradeş əyalətində pomidorun qiyməti sürətlə artıb. Bu da öz növbəsində digər məhsulların qiymətinə təsir göstərib. Əyalətdə pomidorun oğurlanması statistikasında ciddi artım müşahidə edilib. Əyalət rəhbərliyi pomidorun oğurlanmasının qarşısını almaq məqsədilə bazarlara və digər satış nöqtələrinə silahlı polislər yerləşdirib.

Məlumatda qeyd olunur ki, əslində Maydan Pradeşdə bu il pomidor ştilləti əvvəlki illərdən çox əkilib. Ötən il pomidor istehsalı az olduğundan bir çox sahibkarlar yalnız pomidor əkməyə qərar verib.

Lakin şiddətli yağışlar tarlalarda məhsulu məhv edib. Bu səbəbdən də qiymət əvvəlki illərlə müqayisədə 3-4 dəfə qalxıb. Hazırda sözügedən əyalətdə 1 kiloqram pomidorun qiyməti 2 dollardır.


Müəllif: Cavad