25 İyul 2017 23:16
1 507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin iyulunda itkin düşən 23 yaşlı Sara Makkormik, 27 yaşlı Kayl Miller və 28 yaşlı Cozef Murun son görüntüləri yayılıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə ABŞ-ın Tennesi ştatında baş verib.

Məlumatlara görə, gənclər qeyri-adi varlıqlardan sənədli film çəkmək üçün Floridadan Tennesiyə gəlib. Burada bir neçə il əvvəl 2 uşağı itkin düşən ailəyə baş çəkib.

Ailə iddia edib ki, onların övladlarını qeyri-adi varlıqlar oğurlayıb.

Gənclər ora getməməklə bağlı bütün xəbərdarlıqlara baxmayaraq, evə daxil olub və kameralarını quraşdırıblar. Bir neçə saniyə sonra isə naməlum varlığı görən gənclər qaçmağa başlayıb və bu zaman kamera aşıb. Bir neçə saniyə davam edən videoda qışqırıq səsləri eşidilir.

Hadisə baş verən yerdən bir neçə kilometr uzaqlıqda gənclərin avtomobili və kamerası tapılıb. Polis nəticəsiz olduğu üçün axtarışları dayandırıb.

Həmin videonu təqdim edirik:


Müəllif: Samir