26 İyul 2017 01:13
817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük avtomobil istehsalçılarından olan Yaponiyanın "Toyota" şirkəti 2022-ci ildə batareya ilə çalışan elektromobillər istehsal edəcək.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, yeni nəsil elektromobilin 2022-ci ildən də satışa çıxarılması nəzərdə tutulub. Qeyd edək ki, "Toyota Corp." rəsmisi məsələyə şərh verməkdən imtina edib.

Qeyd edək ki, dünyanın əksər avtomobil şirkətləri yaxın gələcəkdə elektromobil istehsalına başlayacaqlarını bəyan ediblər.


Müəllif: Teleqraf.com