25 İyul 2017 22:15
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qüdsdə İsrail tərəfindən quraşdırılan metal detektorlar və video kameralar götürülüb.

Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bu vasitələr “Əl-Aksa” məscidinin girişində aşkarlanıb.

Məlumata görə, müsəlmanların sərt etirazına səbəb olmuş elektron təhlükəsizlik sistemləri İsrailin hərbi-siyasi kabinetinin qərarı ilə ləğv edilib.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, daha biri yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.


Müəllif: Teleqraf.com