26 İyul 2017 00:23
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert ABŞ dövlət katibi Reks Tillersonun postuna tərk etməsinə dair informasiyaları təkzib edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Noyert CNN-ə açıqlamasında bildiri ki, yayılan xəbərlər doğru deyil: "Biz dövlət katibi ilə danışdıq. Hələ görüləcək çox iş var. O, Dövlət Departamentində qalmaq niyyətindədir. Tillerson Prezidentə xidmət etməkdən məmnundur".

Qeyd edək ki, bu gün ABŞ Dövlət katibi Reks Tillersonun istefa verəcəyinə dair məlumat yayılıb. Buna səbəb kimi bəzi məsələlərdə onunla ABŞ Prezidenti Donald Tramp arasındakı fikir ayrılığının olması göstərilib.

Məlumatlara görə, bu məsələlərdən ən önəmlisi İranla dialoqun qurulması və administrasiyanın tərkibində kadr dəyişikliyidir. Bundan başqa, dövlət katibi Trampın ədliyə naziri Cef Seşnslə bağlı son paylaşımlarını qeyri-peşəkar adlandırıb.

Bildirilib ki, Tillerson bu ilin sonuna qədər istefa ərizəsini təqdim edəcək.


Müəllif: Teleqraf.com