26 İyul 2017 10:20
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Ohaya ştatının Yanqstaun şəhərində çıxışı zamanı gözlənilməz hadisə ilə qarşılaşıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, tamaşaçılardan biri üzərində "Tramp və Pens istefa verməlidir" sözləri yazılmış plakat qaldırıb.

Bundan sonra, mühafizəçilər həmin şəxsi zaldan uzaqlaşdırıblar. Tramp isə bu hadisəyə "Lənət şeytana, o haradan çıxdı?!" fikirlərini söyləyib.

Olaydan bir neçə dəqiqə sonra digər tamaşaçı SSRİ-nin bayrağını qaldırıb. Mühafizəçilər həmin şəxsi də zaldan çıxarıblar.

Tramp bu hadisəyə də sərt reaksiya verib: "O çox cavandır, anasının yanına getməlidir. Ola bilsin, onun anasının problemləri var. Düşünürəm ki, anası bizim xeyrimizə səs verib".


Müəllif: Samir