26 İyul 2017 10:59
3 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Dövlət Sərhəd Xidmətinin rəisi, general-mayor Viktor Nazarenko vəzifəsindən azad edilib.

Teleqraf.com lenta.ru-ya istinadla xəbər verir ki, Ukrayna Prezidenti Petro Poroşenko generalın istefa ərizəsini qəbul edib.

Onun səhhətində yaranmış problemlə əlaqədar istefa verdiyi açıqlanıb.

Qeyd edək ki, iyunun 21-də Poroşenko belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşüb. Görüş zamanı Nazarenko huşunu itirib və yerə yıxılıb. Bu səbəbdən görüş bir neçə dəqiqəliyə dayandırılıb.


Müəllif: Samir