26 İyul 2017 12:40
2 709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 10 ildə Türkiyədən gizli yolla 55-75 ton arası qızıl çıxarılıb.

Teleqraf.com Türkiyə mediasına istinadən bildirir ki, FETÖ şəbəkəsinin nümayəndəsi, hazırda fərari qismində axtarışda olan iş adamı Akın İpekçi ölkədən tonlarla qızıl çıxarıb.

O, bunu Koza İpək Holdinq şirkəti vasitəsilə həyata keçirib. Şirkətin keçmiş nümayəndəsi Həmzə Yanık bildirib ki, son 10 ildə istehsal prosesinə girən qızılın müxtəlif bəhanələrlə qeydiyyatdan silindiyi müəyyən edilib.

Həmzə Yanık qeyd edib ki, məsələ ilə bağlı Sərmayə Bazarı Təşkilatına (SBT) müvafiq informasiya verilib.

Yanık əlavə edib ki, Akın İpəkin qızıl şirkətinin son 10 illik sənədləri araşdırılıb və böyük saxtakarlıqlar üzə çıxarılıb. Belə ki, qızıl istehsalı üçün müəssisələrə daxil olan qızılların SAP proqramı ilə qeydiyyatdan çıxarıldığı bəlli olub. Son 10 il araşdırılarkən bəlli olub ki, təxminən 55-75 ton arasında qızıl rəsmi olaraq ölkədən çıxarılıb və ya qaçırılıb.

Həmzə Yanık qeyd edib ki, bu məlumatlar ortaya çıxdıqdan sonra Sərmayə Bazarı Təşkilatıilə müzakirələr aparılıb və qərara alınıb ki, bu məsələ dərindən araşdırılsın: “Bir məsləhət firması ilə müqavilə imzaladıq. Lakin bizdən sonra firma ilə müqaviləni ləğv etdilər. Qızılın ölkədən çıxarılmasında baş direktorun 3 müavini də iştirak edib. Onlardan biri hazırda fəaliyyətini davam etdirir”.

Həmzə Yanık daha sonra bildirib ki, Akın İpəkçinin Marmarisdə anası Mələk İpəkçinin adına inşa etdirdiyi Angels Peninsula otelində gizli sənədlər və qızıl olduğu haqda çoxsaylı xəbərlər alınıb. Bundan sonra oteldə axtarış aparılsa da, heç nə tapılmayıb: “Axtarış 5-6 ay davam etdi. Bu prosesdə polis, jandarma, universitet mütəxəssisləri, Türkiyə Kömür Müəssisələri Təşkilatının nümayəndələri iştirak etdi. Hətta villanın altında belə qazıntı apardıq. Lakin bir şey əldə edilmədi”.


Müəllif: Cavad