26 İyul 2017 20:24
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanda musson yağışlarının səbəb olduğu sel nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin ən böyük turist məkanlarından olan Rajastan əyalətində 29 nəfər selin qurbanı olub.

Qeyd olunur ki, əyalət hər tərəfdən sel sularının mühasirəsində qalıb. Minlərlə insanın evlərin damında kömək gözlədiyi deyilir.

Qeyd edək ki, Hindistanda musson yağışları sentyabr ayına qədər davam edir.


Müəllif: Teleqraf.com