27 İyul 2017 01:03
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

23:58

Malidə alman ordusuna məxsus hərbi təyyarə qəzaya uğrayıb.

Тeleqraf.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Malidə BMT-nin sülhməramlı missiyasında yer alan helikopterin qəzaya uğramasının səbəbi açıqlanmır.

***

Xəbərə görə, qəza nəticəsində iki almaniyalı hərbçi ölüb.

Məlumata əsasən, Almaniyaya məxsus “Eurocopter Tiger” helikopteri Qao əyalətinə monitorinq həyata keçirərkən qəzaya uğrayıb. Qəzanın texniki səbəbdən baş verdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib


Müəllif: Teleqraf.com