21 İyul 2014 19:06
1 471
12 Punto 14 Punto 16 Punto 18 Punto

35 illik təcrübəsi olan müəllim şagirdlərin sinifdə yatması səbəbindən işdən çıxıb.

Teleqraf.com xəbər verir ki, hadisə Türkiyənin Antaliya şəhərində baş verib. 57 yaşlı Ahmet Hilmi Kancı sinifə girdiyi zamanı bir şagirddən savayı hamının yatdığını görüb. Mobil telefonu ilə bu mənzərəni fotolentə alan müəllim işdən çıxıb.

Ahmet Hilmi Kancı şagirdlərin dərslərini oxumadığını və ev tapşırıqlarını yerinə yetirmədiklərini deyib. Onun fikrincə, şagirdlərin bu sözləri artıq təhsilin onlar üçün heç bir əhəmiyyət kəsb etmədiyini göstərir:

"Məktəbin yaxılığında siqaret çəkən şagirdlər görürəm. Yanlarına getsəm, yenə siqaret çəkməyə davam edirlər. Səbəbini soruşduqda isə "Məktəbin daxilində çəkmirik" deyə cavab verirlər. Nizam-intizam yoxdur. Təhsil sistemi artıq şagirdləri idarə edə bilmir".

Dəniz Əliyeva


Müəllif: