28 İyul 2017 01:31
2 675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın Bristol şəhərində polis 28 yaşlı fizika müəlliməsi Eleanor Vilson şagirdlərlə cinsi münasibətlərini araşdırır.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Eleanor Vilson məktəb rəhbərliyinin qarşısında iddiaları rədd etsə də, ortada şübhələri aydınlaşdıra biləcək dəlillər var.

Şagirdlərin həyatına risk olmaması üçün məktəbin adı açıqlanmır. Qeyd olunur ki, müəllimə təyyarənin tualetində öz öyrəncilərilə seksual münasibətdə olub. Müəllimə təyyarədə çoxlu pivə içib və bundan sonra xoşu gəldiyi şagirdləri ayaqyoluna dəvət edib. Şagirdlərdən biri müəlliməni şantaj edərək bildirib ki, əlində fotolar, birlikdə olmasa onları yayacaq. Müəllimə şagirdin təklifindən imtina etdiyi üçün iş polisə düşüb.

Araşdırmalar zamanı bəlli olub ki, müəllimə dəfələrlə şagirdlərilə olub. "Şikayətçi şagird" polisə və mətkəb rəhbərliyinə müəllimənin təyyarədə içdiyi pivələrin çeklərini təqdim edib. Bundan sonra araşdırmalar başlanıb.

Eleanor Vilson məktəb rəhbərliyinin əmrilə ömürlük müəllimlikdən məhrum edilib. Məktəb rəhbərliyinin bəyanatında qeyd olunur ki, hadisə təhsil ocağından kənarda baş versə də belə, olanlar müəllim adına ləkədir və şagirdlərin tərbiyəsinə mənfi təsir göstərir.


Müəllif: Teleqraf.com