28 İyul 2017 09:29
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Əl-Əqsaya girməyə başlayan fələstinlilərin sevincinin ürəyində qalmasına cəhd göstərir. Fələstənlilər cümə namazı üçün Əl-Əqsada toplaşacaq.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Fələstin Xarici İşlər naziri Riyad əl-Maliki deyib.

O bildirib ki, fələstinlilər də İsrailin gərginliyi artırma cəhdlərini puça çıxaracaq.

Bu arada, İsrail hökuməti Əl-Əqsa ilə bağlı növbəti qalmaqallı qərara imza atıb. Belə ki, İsrail bu həftə yaşı 50-dən az olan şəxslərin Əl-Əqsada qılınacaq cümə namazına buraxılmayacağını bildirib.


Müəllif: Samir