28 İyul 2017 10:48
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs edilib.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Özbəkistan Baş Prokurorluğunun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya ilə Mübarizə üzrə İdarəsi məlumat yayıb.

Məlumata əsasən Kərimovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

Prokurorluq Gülnarə Kərimovanın 2015-ci ildə baş verən cinayət səbəbilə nəzarətə alındığını, ancaq haqqında daha çoxc ittihamların olduğunu ifadə edib.

Qeyd edək ki, Gülnarə Kərimovanın atası İslam Kərimov 1991-2016-cı illərdə Özbəkistanın prezidenti olub.

Gülnarə Kərimova isə daim yerli və xarici medianın gündəmindən düşməyib.


Müəllif: Cavad