28 İyul 2017 11:04
1 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna vətəndaşlığından çıxarılan və hazırda ABŞ-da olan keçmiş Gürcüstan prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili CNN telekanalına müsahibə verib.

Teleqraf.com xəbər verir ki, o, müsahibəsində ABŞ-a səfərinin səbəblərini açıqlayıb:

"Ailə üzvlərim ABŞ-da yaşayır, bu ölkənin vətəndaşlarıdır. Onları görmək üçün ABŞ-a gəldim. Ukrayna vətəndaşlığından çıxarıldığımı burda eşitdim".

Saakaşvili Ukraynanın hazırkı hökumətinin devrilməsi üçün mübarizə aparacağını deyib: "Prezident Petro Poroşenkonu idarə edən oliqarxlar, daxili işlər naziri Arsen Avakov və biznesmen Rinat Əhmədovun nəzərində əsas problemə çevrildim. Ancaq onların bu cəhdləri məni daha da güclü edir və yaxın vaxtlarda Ukraynadakı vəziyyəti dəyişəcəyimə inanıram. Mənim Ukraynanın 26 regionunda 100 mindən çox tərəfdarım var".


Müəllif: Samir