28 İyul 2017 13:23
1 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litvalı avroparlamentari Pyatras Auştryaviçyus Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə Litva vətəndaşlığının verilməsini təklif edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Litva mediası məlumat yayıb.

Auştryaviçyus Ukrayna Prezidenti Petro Poroşenkonun Saakaşvilini vətəndaşlıqdan çıxarmaqla bağlı qərarını şərh edib. Onun fikrincə, Saakaşvili Litva siyasətində müsbət dəyişiklərə səbəb ola bilər:

"O, Litva vətəndaşlığını qəbul edib yeni siyasi təhlil təşkilatı yarada, əvəzində isə Litva ona Avropada fəaliyyət imkanı verə bilər".


Müəllif: Samir