24 Aprel 2014 15:39
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Azərbaycan mediasında ən çox müzakirə olunan şəxslərdən biri olan Adnan Oktar rəhbərlik etdiyi A9 kanalına maraqlı bir məlumat ötürüb.

Teleqraf.com-un məlumatına görə, o, efirdə baş nazir Rəcəb Tayyib Ərdoğanın ona zəng etdiyini söyləyib: “Aslan baş nazirimiz Tayyib hoca bizdən şeyximizin telefon nömrəsini istədi. Biz də şeyximizin telefon nömrəsini verdik”.

A.Oktar qeyd edib ki, Ərdoğan Kıbrısiyə görə Şeyx Bahattinə zəng edib: “Baş nazirimiz "nə lazımdırsa, etməyə hazırıq, şeyximizi çox sevirik" dedi”.

Adnan Oktar baş nazir Ərdoğanın bir müddətdir ağciyər xəstəliyindən əziyyət çəkən Şeyx Nazim Kıbrısi üçün dövlətin imkanlarını səfərbər etdiyini də söyləyib. O, bundan başqa xəstəxana xərclərinin də dövlət tərəfindən ödəndiyini vurğulayıb.

Oktar baş nazir Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın da Kıbrısini çox sevdiyini və ona baş çəkdiyini də söyləyib.

Hazırda Şimali Kipr Türk Cümhuriyyətində müalicə alan Şeyx Kıbrısinin müridlərindən biri sosial mediada Ərdoğana təşəkkür edib: “Bu gün Allah dostlarına dost olan, əcdadı kimi övliyaya hörmət göstərən cənab Tayyib Ərdoğan sultanımızın müayinəsi üçün öz xüsusi həkimlərini göndərdi. Koca adam sultanıma yaxın oldun, biz də sənə yaxınıq”.

Nərgiz


Müəllif: