24 Aprel 2014 15:49
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Slavyanskdakı hadisələrlə bağlı çıxış edib.

Teleqraf.com rus mətbuatına istinadən bildirir ki, o, Ukrayna hökumətini tənqid edib.
“Əgər Kiyev doğrudan da Slavyanskda ordudan istifadə etməyə başlayıbsa, bu öz xalqına qarşı çox ciddi cinayətdir”, - deyə o vurğulayıb...

Qeyd edək ki, Ukrayna ordusu Slavyanskda keçirilən xüsusi əməliyyat nəticəsində silahlılar tərəfindən təşkil olunan 3 blokpostu məhv edib. Ukrayna Daxili İşlər nazirliyinə istinadən xəbər verir ki, silahli qarşıdurma zamanı 5 terrorçu qətlə yetirilib. Milli ordunun bir hərbiçisi yaralanıb.

Şəhərdə əhalini ehtiyac olmadıqda evlərini tərk etməməyə, uşaqları nəzarətsiz buraxmamağa səsləyən vərəqələr yayılır.


Müəllif: