11 Avqust 2017 14:04
1 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti ölkə prezidenti Donald Trampın açıqlamasından heyrətə gəlib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, söhbət amerikalı diplomatların Rusiyadan çıxarılmasını nəzərdə tutan qərara Trampın təşəkkür açıqlamasından gedir.

Trampın bəyanatı departament üzvləri arasında kəskin tənqidlə qarşılanıb, onların bəziləri artıq istefa ərizələrini də yazıb: “Bu açıqlama əcnəbi ölkələrdə və çətin şəraitdə ölkəsinə xidmət edən insanlara hörmətsizlik və təhqirdir”.

ABŞ-ın sabiq dövlət katibinin müavini Nikolas Berns isə ölkə prezidentinin bu açıqlamasını “utancverici” adlandırıb.

Qeyd edək ki, Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə 755 amerikalı diplomatı ölkədən çıxarmaqla bağlı qərarına görə təşəkkür edib: “Mən ona təşəkkür etmək istəyirəm ki, bizə xərcləri azaltmağa kömək edir. Pullarımıza qənaət edəcəyik”.


Müəllif: Samir