11 Avqust 2017 15:41
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə həbs olunmuş Rusiya vətəndaşı Renat Bakiyev 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Teleqraf.com “Sabah” qəzetinə istinadla xəbər verir ki, bu hökm Bakiyevin avqustun 10-da həbs olunmasından daha əvvəl qiyabi olaraq çıxarılıb.

Qeyd edək ki, 23 yaşlı Rusiya vətəndaşı Renat Bakiyev pilotsuz uçan aparat vasitəsilə ABŞ hərbi təyyarələrindən birini vurmağı planlaşdırmaqda ittiham olunur.

İttiham aktına görə, o, Adanadakı İncirlik bazasından havaya qalxan hərbi təyyarəni vurmalı imiş. Bundan başqa, Bakiyev Türkiyə şiələrinin (ələvilər) assosiasiya mərkəzində terror aktı törətməyi planlaşdırmaqda və İŞİD terror təşkilatı ilə əlaqədə də ittiham olunur.

Renat Bakiyevin ingilis, ərəb və türk dillərini bildiyi də vurğulanır.


Müəllif: Səxavət