11 Avqust 20:31
604

ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı müharibəyə hazır olduqlarını bəyan edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb: “Şimali Koreya özünü ağılsız apararsa, biz döyüşə tam hazırıq. Ümid edirəm ki, Kim Çen In başqa yol tapacaq”.

ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib ki, Vaşinqton Şimali Koreya ilə duşmənçilik etməyi arzulamır, amma eyni zamanda Pxenyanın hərəkətlərinə cavab verməyə hazırdır.


Müəllif: Teleqraf.com